Əmbil Gölü – Şabranın sakit və valehedici təbiəti
Bu dəfə yolumuz Azərbaycanın sakit və gözəl təbiət guşələrindən biri olan Şabran rayonundakı Əmbil gölünə düşdü.
“Nature Discovery Azerbaijan” tərəfindən təşkil olunan bu turda həm təbiətlə baş-başa qaldıq, həm də gündəlik həyatın səs-küyündən uzaqlaşaraq ruhumuzu dincəltdik.
Əmbil gölünün sakit atmosferi, ətrafındakı təmiz hava və təbiətin harmoniyası bu səfəri xüsusi edən əsas amillərdən biri oldu. Bu cür yerlər insanı həm fiziki, həm də mənəvi olaraq yeniləyir.
Səyahət zamanı çəkdiyim görüntülərdə günün ən gözəl anlarını, təbiətin incə detalları və səmimi anları sizinlə bölüşürəm.
Əgər siz də sakitlik, təbiət və real istirahət axtarırsınızsa, bu məkan mütləq görməli yerlər siyahınızda olmalıdır.