Category

Foto hekayələr

Şuşa – Qarabağın döyünən ürəyi

Şuşa Qarabağın ən dilbər guşəsidir. Onun hər parçası, hər daşı bir tarixdir. Onun gözəlliyi və nəcibliyi hər kəsi heyran qoyur.

FOTO: Elxan Qəniyev

Taras Şevçenko

Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun şərəfinə ucaldılan abidə bugünlərdə yalnız deyil!©Elxan Qəniyev / Taras Şevçenko /Azerbaijan

#elkhanganiyev #Elxanqeniyev #ganiyevart #допоможіть #Україні! #supportukraine #supportukraine🇺🇦 #TarasŞevçenko #tarasşevçenkouniversitesi #ukraine #ukrainesupport

An etibarilə Şəhidlər Xiyabanı…©Elxan

Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.[1]

Sovet Ordusu qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Eyni zamanda bu gecədə evlərə girib uşaqları girov götürür, bəzilərini isə öldürürdülər.

Nude Art (Qadın gözəlliyi Təbiətdə)

İslam Həmrəyliyi Oyunları 2017 (islamic solidarity games)

Bir ümüd

Gənc çoban

©Elxan Qəniyev

8 noyabr Zəfər günün mübarək Azərbaycan!

« of 2 »

Zəfər Günü — Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən gün. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən qeyd edilir.

Rəssamın bir günü.

©Elxan Qəniyev

İsmayıllıda yanğın

Hərzamanki kimi yeni yerlər kəşfetmək fotolar çəkmək üçün motosikletimə minərək üzü dağ istiqamətinə ismayıllı rayonundan çıxdım. Yola yenicə başlamışdim ki bir yanğınsöndürənin getdiyini gördüm hər zaman ardıyca düşüb kiçik yanğınları çəkirdim amma hər zaman sadəcə ot və bənzəri kiçikmiqyaslı yanğınlar rast gəlirdi bu səfərdə ardınca düşdüm. Gedib çatanda isə bir tövlənin yandığını və sahibinin can hayı ilə söndürmək üçün çalışdığını ot bəlimlərini  çıxararaq yanğının qarşısını almaq üçün öz həyatını təhlükəyə atır, kim bilir nə əziyyətlə alın təri ilə yığılmışdı o otlar çox təsirli mənzərə idi ətrafda isə kənd cammatının carəsiz gözlərlə izləməsi. Bəzən insan çəkəcəyi kadırların anların təsirindən uzun müddət çıxa bilmir yaraların gec sağaldığı kimi. Foto sənəti çox dəyərli bir sənətdir hər çəkdikdə foto deyil canlı bir an kimi yanaşmaq hər çəkdiyini ruhunda hissetmək kimidir.

Kürmük məbədi

©Elxan Qəniyev

Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsrlədə mövcud olub) qalıqları üzərində XIX əsrdə Çar Rusiyası tərəfindən bölgəni xristianlaşdırmaq və dini dayaq yaratmaq məqsədilə inşa olunmuş kilsədir .

Ərazidə aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki kilsə qədim məbədin qalıqları üzərində inşa olunmuşdur. İlisu sultanlığını işğal edən Çar Rusiyası xristianlığı yaymaq üçün qədim məbədin üzərində yeni kilsə tikmişdir.

Əjdər baba

©Elxan Qəniyev
41-45 dünya müharibəsindən həyatını xışla yer şumlayıb əkin əkmiş, maldarlıq və qoyuçuluqa adamış Bərdənin Ərəblər kəndi sakini 90 yaşlı Əjdər baba. sağlamlıqın yediyimiz qidalarda olduğunu söyləyən Əjdər baba daima təmiz heyvan südü, qatıqı və yağından istifadə edib. Əjdər baba yaşına baxmayraq indidə at sürür hər yere at ilə geden baba çox sağlam və gümrah bəlkədə indiki gənclərə numunədir. Əllərində zəhmətin, gözlərində zamanın, qamətində isə qürür və halalıqın xəritəsi var. Allah uzun ömür versin.

Bir balıqçının hekayəsi

©Elxan Qəniyev

Yoldan keçərkən kanalın yaxınlıqında oturmus nurani simanı görüb fotosunu çəkmək istəyi ilə yaxınlaşdım biraz söhbət etdik. 54 yaşlı İlham Şəkərov körpünün altında özünə çadır qurub o artıq ömrünün 41 ilini balıqçılıqa həsr edib. Hər il mövsümü gözləyib öz cadırını götürüb balıq tutmaq üçün səfərlər edir bu səfər artıq 58 gün çəkirdi yorğunluq gözlərindəm zəhmət təri alnında axırdı. Bəzən insanlarla söhbət edərkən dünyanın nə qədər fərqli çərçivələrə sahib olduğu, malın mülkün ala bilmədiyi xoşbəxtlikləri görməyən insanları və bəzənsə hər kiçik hissdən və ümüddən xoşbəxt olan insanları görürəm hələdə yaşamaqa bir ümüd var )

Konfilikt Jurnalistika Məktəbi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə “Dinc Dünya” Araşdırma Mərkəzinin təşkil etdiyi “Konflikt jurnalistikası məktəbi” adlı birgə layihənin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində növbəti auditoriya təlimi keçirildi.

Bir sevginin son şəklini çəkdim

– Bir dəfə yağışlı havada “28 May” metrostansiyası ətrafında gəzişirdim. Piyada keçidindən bir qızla oğlanın keçdiyini gördüm. Yer o qədər su idi ki, oğlan qızı qucağına alıb yolu keçməyə çalışdı.

Onların bu anını lentə köçürdüm. Şəkil bütün media tərəfindən paylaşıldı. Bir müddət sonra həmin xanım mənə yazdı ki, oğlan hardasa atışma zamanı rəhmətə gedib. Məndən fotonu istədi. O foto həyatım boyu yaddaşımdan silinməyəcək tarixçəyə çevrildi. Fotoya hər dəfə baxanda düşünürəm ki, bəlkə də, o sevginin son şəklini çəkmişəm.