Archives

News

Çəkdiyim bu foto “Azerbaijan Photo Salon 2022” beynəlxalq fotomüsabiqəsində təqdim edilən 5 min 446 foto içərisində seçilərək qızıl medala layiq görülüb.

Gilavar Foto Klubun təşkilati dəstəyi ilə ardıcıl beşinci dəfə keçirilən “Azerbaijan Photo Salon 2022” beynəlxalq fotomüsabiqəyə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, fotomüsabiqə Beynəlxalq Foto Sənəti Federasiyası, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası Amerika Fotoqraflar Cəmiyyəti, Qlobal Fotoqraflar Birliyi və Türkiyənin Sillə Sənət Sarayı foto təşkilatının xüsusi icazələri ilə keçirilib. Müsabiqəyə dünyanın 64 ölkəsindən 382 fotoqraf tərəfindən 5 min 446 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səyahət mövzuları üzrə təqdim olunan fotolar Türkiyə, Kipr və Banqladeşdən olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.

Klubun sədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, “Azerbaijan Photo Salon 2022” beynəlxalq fotomüsabiqəsi Gilavar Foto Klubu tərəfindən beşinci dəfədir həyata keçirilir: “Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 245 mükafata 43 ölkənin 166 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. AZƏRTAC-ın fotomüxbiri Roman İsmayılov, həmçinin Elxan Qəniyev qızıl medal, Kərim Abbasov iki fəxri lent, Famil Mahmudbəyli fəxri lent, Teymur Məmmədov, Valeriy Xlızov və Ruslan Hacızadə isə diplom qazanıb. Nəticədə azərbaycanlı fotoqraflar tərəfindən toplam 8 mükafat əldə olunub”.

Qazet.az soruşur: Sənədli fotoqraf Elxan Qəniyev fotoqrafiya sənəti haqqında

Azərbaycanlı gənc sənədli fotoqraf Elxan Qəniyev Qazet.az-ın yeni başladığı layihənin qonağı olub. Müsahibə zamanı

Müsahibə zamanı verilişin qonağı fotoqrafiyanın etik prinsipləri və Azərbaycanda fotoqrafiyanın inkişafından danışıbBizi-da oxuyun

Azərbaycanlı gənc sənədli fotoqraf Elxan Qəniyev Qazet.az-ın yeni başladığı layihənin qonağı olub.

Müsahibə zamanı verilişin qonağı fotoqrafiyanın etik prinsipləri və Azərbaycanda fotoqrafiyanın inkişafından danışıb.

Elxan Qəniyev qeyd edib ki, “İndi Azərbaycanda bir sıra insanlar fotoqrafiyaya sənət kimi yox, peşə kimi baxır”.

Həmin videoreportajı diqqətinizə təqdim edirik:

Ted.az İllərin müqayisəsi: “Canon” – “Nikon” – FOTOQRAFLARIMIZ NƏ DEYİR?

Fotoqraf və video dünyasının iki nəhəng markası şübhəsiz ki, Canon və Nikondur. Bəs bu ikisindən hansını seçməliyik və niyə? Bu sualı fotoqraf kimi fəaliyyət göstərən, bu işə yeni başlayan, ətrafdan eşidən hər kəs soruşa bilər. Əslində isə ikisinin də bir-birindən fərqli xüsusiyyətləri var.

İllərin müqayisəsinə bir az da olsa aydınlıq gətirmək üçün TED.az olaraq bir neçə fotoqrafın fikirlərini öyrənməyə çalışdıq.

Kənd Təsərüffatı Nazirliyinin fotoqrafı Elxan Qəniyev nə ilə çəkildiyi deyil, necə çəkildiyi önəmlidir fikirlərini qeyd edir: “Əslində bu bir qədər absurd sualdır. Çünki hər sahənin sözsüz ki, müqayisə  oluna bilməyəcək bir yanı var. Artıq 8 ildir bu sahə ilə məşğulam. “Nikon” markalı  fotoaparatdan  istifadə  edirəm. Nəyə görə “Nikon”? Çünki “Nikon” realistdir. Real nə görürsünüzsə onu sizə verir və onun üzərində düzəliş işləri aparmaq daha rahat olur. Amma bu fotoaparatların seqmentindən asılı olaraq da dəyişir. Həm Nikonun, həm də “Canon”-un üstün özəlliklərə sahib markaları  var. “Canon”-un  ən son modeli olan “1dx mark 2” və “Nikon”-un ən son modeli olan “D5” ilə  eyni parametrlərlə çəkiliş etdikdə görürəm ki, aralarında fərq var. Məsələn: Nikon 2 stop “Canon”-a nəzərən işıq alma bacarığına malikdir və daha qaranlıq məkanlarda daha keyfiyyətli işlər çıxarır. “Canon” isə bu işdə məni bir az daha geridə qoyur və onun rənglərində mənim sevmədiyim xüsusiyyətlər var. Çünki “Canon” çəkiliş zamanı rənglər üzərində işləmələr edir. Yəni məsələn hər hansı qırmızı rəng varsa fotoda onu ideal qırmızı rəngə çevirib sizə təqdim edir və bu da bəzi məqamlarda insanlar üçün o dərəcədə də uyğun deyil. Bunu bütün markalarına aid etməkdə düzgün deyil, amma 50-60 % “Canon” markalı fotoaparatlarda bu belədir. “Canon”-un və “Nikon”-un ən böyük problemlərindən biri, “Canon” sarıya, “Nikon” isə qırmızı rəngə daha çox “çalır”. Amma, bunlar da artıq son cıxan modellərdə o qədər də problem halına çevrilmir.

İnsan fotonu çəkəndə kamerası ilə deyil, ruhu ilə çəkir. Önəmli olan fotonun insanlara necə çatdırılmasıdır. Təbii ki, ahəng önəmli məsələdir. Bu fotoqrafın yaradıcılığından asılı olan məsələdir. Heç kim deyə bilməz ki, “Canon” pisdi və ya “Nikon” yaxşıdır, həmçinin əksinə. Hər bir markanın hər şeydə olduğu kimi həm mənfi, həm də müsbət xüsusiyyətləri var. Hətta ən bahalı fotoaparatın belə mənfi xüsusiyyətləri var. Bəzi  fotoaparatlar var ki, 100 meqapikseldir, lakin sürəti yavaşdı, elə kamerada var ki, 16 meqapikseldir amma onun sürəti digər fotoaparatdan qat-qat yüksəkdir. Yəni qısacası bu zövq məsələsidir”.

Qafqazinfo.az Üç ildir metronun çıxışında yaşayan şəxs sığınacağa yerləşdirildi

Üç ildir metronun çıxışında yaşayan şəxs sığınacağa yerləşdirildi

Ailəsi tərəfindən atılan və metronun “Sahil” stansiyasının çıxışında yaşayan şəxs sığınacağa yerləşdirilib.

Bu barədə “Qafqazinfo”ya fotoqraf Elxan Qəniyev məlumat verib.

O bildirib ki, həmin şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya müəssisəsinə yerləşdirilib:

“Ağayev Rüstəm Həsənağa oğlu 62 yaşında evindən qovulandan 3 ildir küçədə qalırdı. Bu gün isə o, artıq isti yuvaya qovuşub. Bu fotolar arasında sadəcə beş gün fərq var”.

Qeyd edək ki, R.Ağayevin küçədə yaşamağa məcbur olması barədə fotoqraf paylaşım etmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov isə məsələnin agentliyin diqqətində olduğunu bildirmişdi.

Həmçinin oxuyun: Bakıda metronun çıxışında yaşayan şəxslə bağlı açıqlama – Foto

azvision.az mənim şəklimdən danışıb

Metronun çıxışında yaşayan şəxs sığınacağa yerləşdiriləcək

  Metronun çıxışında yaşayan şəxs sığınacağa yerləşdiriləcək

AzVision.az xəbər verir ki, fotoqraf paylaşımında yazıb:”Yolda gələrkən rastlaşdığımız bu miskin mənzərə məni çox üzdü. Ağayev Rüstəm Həsənağa oğlu 1960- cı ildə Salyanda anadan olub. Ailəsi onu atıb və o təkbaşına 3 ildir “Sahil” metrostansiyasının çıxışında yaşayır. Baxdıqca, danışdıqca öz həyatında bir dönüş nöqtəsi olmasını arzulayır və gözləri dolur. Bu mənim həyatımda gördüyüm ən çarəsiz göz yaşlar idi. Onun tək istəyi 62 yaşında bu soyuqda qalmamaq və qocalar evinə yerləşməkdir. Əminəm ki, dostluğumda ona yardım, dəstək ola biləcək insanlar var”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məsələyə reaksiya verib. O bildirb ki, müraciət Sosial Xidmətlər Agentliyində qeydə alınaraq aidiyyəti filiala yönləndirilib:

“Əməkdaşlarımız əraziyə göndəriləcəklər. Razılığı olarsa, sığınacağa cəlbi və digər sosial xidmətlərdən yararlanması üçün əlimizdən gələni edəcəyik”.

525.az-a müsahibə

“Çəkilən hər bir foto gələcəkdəki keçmişin bələdçisidir” – Müsahibə

GƏNC FOTOQRAF ELXAN QƏNİYEV: “HƏMİN GÜN SEVGİNİN SON ŞƏKLİNİ ÇƏKMİŞDİM”

Hər gün sosial mediada qarşımıza çıxan, gözümüzü oxşayan fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər, hər mənzərədəki gözəlliyi fərqli baxış bucaqlarında tapıb fotoya çevirirlər. Ancaq bu iş elə də asan başa gəlmir. Bəzən bir fotonun uğruna həyatlarını da riskə atırlar.

Fotoqrafiya sənətinin maraqlı və çətin tərəflərini fotoqraf Elxan Qəniyevlə müsahibəmizdə müzakirə etmişik.

***

– Sosial şəbəkələrin imkanlarından nə dərəcədə razısınız?

– Bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Bundan əvvəl sosial medianın olmadığı zamanlarda insanlar öz əsərlərini yalnız qəzet və sərgilərdə nümayiş etdirirdilər. Bu da izləyici kütləsini müəyyən çərçivəyə salırdı. İndi isə sosial şəbəkələr insan öz istedadını nümayiş etdirməyə çox böyük imkan yaradır.  Sosial şəbəkələrin bir üstünlüyü də baş verən hadisələrin ictimaiyyətə operativ çatdırılmasıdır. Hazırda Qarabağ müharibəsi zamanı da biz bunun şahidi oluruq.

– Gənclərimizin sosial medianı istifadə tərzini necə qəbul edirsiniz?

– Sosial medianın Azərbaycan seqmenti ilə digər ölkələrin seqmentini müzakirə etsək, görərik ki, biz cəmiyyət olaraq sosial şəbəkələrdən düzgün şəkildə istifadə edə bilmirik. Təsadüfi deyil ki, Tvitter kimi dünyaca məşhur platforma Azərbaycanda o qədər də geniş istifadə olunmur. Bu kimi vacib nüansları nəzərə almaq, dünyanın ritminə uymaq lazımdır.

– İxtisasınız stomatoloqdur, amma fotoqrafçılıqla məşğul olursunuz. Necə oldu ki, bu sahədə çalışmağa qərar verdiniz?

– Uşaqlıqdan hər zaman nəyisə düzəltməyi, fərqli yerləri kəşf etməyi sevirdim. Fotoqrafçılıqla məşğul olmağa başlamağımın da əsas səbəbi budur. Məncə, insan hansı peşəni sevirsə, o peşəyə yiyələnməlidir.

– Bu sahəni seçməyinizə ailəniz necə münasibət göstərdi?

– Mən İsmayıllı rayonundanam, orada balaca bir motosikletim var idi. Bütün günü o motosikletlə yeni kəşflərə çıxırdım. Ailəmdən öz sənətim üzrə işləmədiyim üçün boş yerə vaxt itirməyimlə bağlı tənqidlər gəlirdi. Bir dəfə məndən İsmayıllı ilə bağlı şəkillər istədilər, mən də həmin şəkillərdən müəyyən qədər qazanc əldə etdim. Bu sahədə uğurlar əldə etdikdən sonra ailəm də razı oldu. Çünki valideynlərin tək istəyi övladlarını xoşbəxt görməkdir.



– Bu günə qədər kadra aldığınız fotolardan hansı sizin üçün daha təsirli olub? Elə olubmu ki, hansısa şəkli çəkərkən duyğulanmısınız?

– Əslində, belə təsirli kadrlar çox olub, ancaq sizə onlardan ikisini deyim. Bir dəfə “28 mall” ticarət mərkəzi tərəfdə idim. Həmin gün bərk yağış yağırdı, piyada keçidini su başmışdı. Orada bir mənzərə diqqətimi çəkdi. Bir gənc oğlan sevdiyi xanımı qucağına alıb yolun digər tərəfinə keçirdi. Mən də həmin kadrı çəkib sosial şəbəkədə paylaşdım. Bir müddət sonra bir çox böyük səhifələr də bu şəkli paylaşmağa başladı və şəkil hədsiz dərəcədə marağa səbəb oldu. Bunun üzərindən təxminən bir həftə keçmişdi. Həmin xanım sosial şəbəkədə mənə yazdı və oğlanın rəhmətə getdiyini deyib şəklin orijinalını istədi. Bu hadisə mənə çox təsir etmişdi. Düşünürəm ki, həmin gün sevginin son şəklini çəkmişdim.

Bir dəfə də yolda gedərkən bir yanğınsöndürən maşının İsmayıllının Təzəkənd kəndi istiqamətində irəlilədiyini gördüm. Düşündüm ki, orada əhəmiyyətli kadrlar ola bilər. Beləcə yanğın olan məkana çatdım və hadisələri müşayiət etməyə başladım. Bir adam xüsusilə diqqətimi çəkdi. O, öz əlləri ilə yanğını söndürməyə çalışırdı. Diqqət etdim ki, buradakı ən dəhşətli kadr budur və həmin anları kadra aldım. Bu hadisənin və o adamın məndəki təsiri böyükdür.

– Bu gün bir çox fotoqraflar müxtəlif müsabiqələrdə iştirak edirlər. Siz də hansısa müsabiqədə iştirak edirsinizmi?

– Bəli, iştirak etmişəm hətta birinci və ikinci yerlərə də layiq görülmüşəm. Amma hazırda müsabiqə həvəsində deyiləm. Nə qədər ki gənc və gümraham, daha çox fotoları çəkməklə məşğulam. Hər kəsin görməyəcəyi kadrları çəkmək istəyirəm. Hərçənd hər kəsin öz baxış bucağı var. Məncə, çəkilən hər bir foto gələcəkdəki keçmişin bələdçisidir. Mən də gələcəkdəki keçmişimin bələdçisini axtarıram. 

– Hər halda maraqlı yerlərdə çəkilişləriniz olub,  bu zaman başınıza gələn ən yaddaqalan hadisə hansıdır?

– Mən həm də Konflikt Jurnalistikası Məktəbinin tələbəsi olmuşam. Orada biz əsgərlərlə bir yerdə təlim keçirdik. Ekstremal şəraitdə necə şəkil çəkməyin qaydalarını öyrənirdim. Mən gizlin-gizlin gedib həyatda qalmağı bacarıb kadrı tutmalı idim. Fərqinə vardım ki, gün batacaq və gün batanda əsgərləri yaxşı kadra almaq olar. İrəlidə səngər var idi, onlar həmin səngərin üzərindən keçəcəkdilər. Təəssüf ki, mən səngərin kənarında məftil olduğunu görmədim. Nəticədə həmin məftillərə ilişib 2 metrlik səngərə baş üstə yıxıldım. Elə yıxıldığım yerdən yaxşı bir kadrı lentə aldım. Bu həyatımdakı ən maraqlı və tragikomik hadisə idi.

– Elxan bəy, fotolarınızdan gördüyüm qədər olduqca vətənpərvərsiniz. Vətənpərvərlik sizin üçün tam olaraq nəyi ifadə edir?



– Sevgi elə bir hissdir ki, onu sözlə ifadə etmək mümkün deyil. Çünki bu hisslər hər insanda fərqli olur. Mənim üçün Vətən sevgisi də belədir. Bu, sevgini sözlərlə ifadə etməkdə acizəm. Vətən sevgisi elə bir sevgidir ki, o, bizim ruhumuza dünyaya göz açandan möcüzəvi şəkildə aşılanır. Hazırda ölkəmizdə vətənpərvərlik hissinin ən yüksək səviyyədə olduğu günləri yaşayırıq. Bu günlər müqəddəsdir. 

– Vətən müharibəsi başlayanda siz də cəbhə bölgəsində olan rayonlara yollandınız. Orada olduğunuz müddətdə hansı hissləri keçirdiniz?

– Müharibə başlayan gündən biz bütün dünyaya vətənpərvərlik dərsi keçirik. Bir millətin yumruq kimi birləşməsinin nə cür olduğunu göstərdik. Orada gördüyüm duyğulu mənzərələr heç vaxt ağlımdan çıxmayacaq. Millətimiz əlindən gəldiyi qədər Orduya yardım edirdi. İnsanlar təkcə Orduya da yox, bir-birinə qarşı də belə rəftar edirdilər. Neçə dəfə mənə yaxınlaşıb nəyəsə ehtiyacım olub-olmadığını soruşublar. Bunlar möhtəşəm duyğulardır.

– Ən böyük arzunuz nədir?

– Təxminən 4 ay öncə Konflikt Jurnalistikası Məktəbində çəkdiyim fotoları paylaşıb ən böyük arzumun Qarabağda fotolar çəkmək olduğunu yazmışdım. İndi çox xoşbəxtəm ki, bu arzuma çatmağıma az qalıb. Qarabağda fotolar çəkib bir sərgi keçirəcəyəm və hər kəsi həmin sərgiyə dəvət edəcəyəm.

– Gələcəklə bağlı hansı planlarınız var?

– Hər kəs sənəti həmin sənətin sənətkarı kimi öyrənməlidir. Gələcəklə bağlı ən böyük planım və xəyalım dünyada tanınmış bir fotoqraf olmaqdır. Bəzən biz xarici fotoqrafların həyatlarını Azərbaycan dilinə tərcümə edib oxuyuruq. İstəyirəm ki, bir gün xarici vətəndaşlar da mənim həyatımı Azərbaycan dilindən tərcümə edib oxusunlar. 

Günel ABBAS

Azərtacda fotolarım yayınlandı

İvanovkanın göz oxşayan taxıl zəmiləri FOTOLENT

İsmayıllı rayonunun İvanovka qəsəbəsindəki Nikitin adına kolxozun taxıl zəmiləri göz oxşayır. Bu təsərrüfat Azərbaycanda sovetdən qalma yeganə kolxoz tipli təsərrüfatdır.

Taxılçılıq İvanovkada aqrar sektorun əsas sahələrindəndir və cari ilin məhsulu üçün 3725 hektarda buğda və arpa əkilib. Əkin sahələri ötən ildəkinə nisbətən 450 hektar artırılıb. Sahələrə yüksək məhsuldarlıq üçün lazımi aqrotexniki qulluq göstərilir. Mütəxəssislər builki mövsümdə zəmilərin hər hektarından 35 sentner məhsul götürmək əzmindədirlər.

AZƏRTAC fotoqraf Elxan Qəniyevin İvanovkanın taxıl zəmilərindən çəkdiyi fotoları təqdim edir.

Azərtac Səhra gəmiləri

Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin səhra gözəlləri FOTO

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Salyan rayonunun Xıdırlı kəndindəki “Hamamdağ” qışlağında yerləşən damazlıq dəvəçilik təsərrüfatı Azərbaycanın ən böyük dəvəçilik təsərrüfatlarında biridir. Təsərrüfatın yaradılmasında məqsəd genefondu qorumaq və bu sahəni inkişaf etdirməkdir.

AZƏRTAC xəbər verir ki, bu günlərdə dəvələrin bir hissəsi damazlıq işinin yüksək səviyyədə təşkil olunması üçün MMC-nin paytaxtın Sabunçu rayonunun Ramanı qəsəbəsindəki ərazisinə köçürülüb.

Qeyd edək ki, hazırda təsərrüfatda 90-a yaxın dəvə var. Azərbaycanda turizmin, o cümlədən ekoturizmin inkişaf etdiyini nəzərə alaraq, müəssisəyə məxsus dəvələrə təlim keçməklə Qobustan, Qızılağac və Şirvan qoruqlarına turist cəlb edilməsi planlaşdırılır.

Kəskin görmə və qoxubilmə qabiliyyətinə malik olan dəvələr istiyə ən dözümlü heyvan sayılır. 70 dərəcə istiyə, 50 dərəcə soyuğa davam gətirir. Yeganə canlıdır ki, 10-12 gün susuz yaşayır. Günlərlə ac qala bilir ki, bu zaman da köməyə hörgüçləri gəlir. Hörgüçlərdə vücud ağırlığının beşdəbiri qədər yağ toplanır. Ac qalan dəvə orqanizminin təmin olunması üçün hörgüçlərindəki yağı sərf edir. Dəvələrin südündən təbabətdə geniş istifadə edilir. Hələ tibb elminin inkişaf etmədiyi dövrlərdə mədə-bağırsaq, vərəm əleyhinə ən yaxşı müqavimət vasitəsi sayılıb. Vaxtilə Şərq ölkələrində döyüşə gedən əsgərlərə dəvə südü içirdirlərmiş ki, orqanizmləri xəstəliklərə və susuzluğa dözümlü olsun.

AZƏRTAC fotoqraf Elxan Qəniyevin Ramanıdan çəkdiyi fotoları təqdim edir.

allaboutjazz.com Bob James

Robert McElhiney James (born December 25, 1939),[1] known professionally as Bob James, is an American jazz keyboardist, arranger, and record producer. He founded the band Fourplay and wrote “Angela”, the theme song for the TV show Taxi.[2] Music from his first seven albums has often been sampled and has contributed to the formation of hip hop.[3][4] Among his most well known recordings are “Nautilus”, “Westchester Lady”, “Tappan Zee”, and his version of “Take Me to The Mardi Gras”.

James in Heydar Aliyev Palace, Baku Jazz Festival, 2015

Oxu.az müsahibə

Karyerasına hörümçəklə başlayan fotoqraf: Bir sevginin son şəklini çəkdim

İxtisasca diş texniki olsa da, fotoqrafiya ilə məşğuldur. Özünün dediyinə görə, nə zamansa ixtisasına qayıtmağı düşünmür. Onun üçün anı lentə köçürmək daha zövqlüdür. Fotoqrafiya ilə məşğul olduğu dövrdə özünün dəsti-xəttini yarada bilib.

Oxu.Az-ın müsahibi Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı, fotoqraf Elxan Qəniyevdir. 

– Niyə diş texniki deyil, fotoqraf olmağa qərar verdin?

– Evdən “həkim ol” deyə təzyiq edirdilər. Mən də tibb kollecinə qəbul oldum. Doğrusu, özümü heç vaxt diş həkimi kimi görməmişəm. Amma oxudum və kolleci bitirib həkim kimi işləməyə başladım. Bir müddət diş həkimliyi və fotoqrafiyanı paralel apardım. Sonra həkimliyin başını buraxdım. Artıq səkkiz ildir fotoqrafiya ilə məşğulam.

– Azərbaycan standartlarında diş texnikliyi daha gəlirli peşə hesab edilir. Yəqin, peşman olmusan…

– Xeyr. İnsan özünü rahat hiss etdiyi peşə ilə məşğul olduqda həyatdan daha çox zövq alır. Yəni yaşamı madiyyata bağlamaq olmaz. Fotoqrafiya ruhumun qidasıdır, həmişə həyatımda bir pillə öndə olub.  

– İlk dəfə nəyi çəkmisən? 

– XI sinifdə oxuyanda anam mənə “Sony” videokamera aldı. Həmin kamera ilə ilk çəkdiyim görüntü hörümçək oldu. Bu şəkil hələ də arxivimdə qalır. Yəni karyerama hörümçək fotosu ilə başlamışam.

– Niyə məhz hörümçək toru? Nəsə mistik anlamı var? 

– Sadəcə, əlimə kameranı alanda ilk qarşıma çıxan hörümçək oldu… (gülür)

– Professional fotoqraflığa necə keçdin?

– Əslində, özümü hələ də peşəkar fotoqraf hesab etmirəm. Bu, elə bir sahədir ki, insan daim yenilənməli, özünü təkmilləşdirməlidir.  Fotoqrafiyaya başlayan zaman həvəskar kimi tədbirləri,  dağları, kəndləri gəzib, simalar axtarır, tapıb çəkirdim. Belə-belə bu işdə püxtələşdim.

– Fotoqraflar arasında qiymət rəqabəti var. İlk fotonu neçəyə satmısan?

– Kommersial fotoqrafiya ilə məşğul olmuram. Mənim fotolarımı hər kəs anlamır. Amma təxminən üç il əvvəl İsmayıllı rayonunun 20 ədəd fotosunu beş min manata satdım. 

– İnsan etdiklərinə deyil, etmədiklərinə daha çox peşman olur. Sən necə? Hansı etmədiyinə peşman olmusan?

– Edə bilmədiyim bir çox şeyə görə peşmanam. Məsələn, elə kadrlar olub ki, onu çəkmək istəmişəm, üzərimdə avadanlıq olmayıb. Telefonla çəkib həmin anı heyf etməyə əlim gəlməyib. Düşünmüşəm ki, yaddaşımın bir hissəsinə həkk etmək daha yaxşıdıdır.  

– Niyə şəkil çəkirsən? Bunun sevdiyin iş olduğunu anladıq, başqa səbəb nədir? 

– Gələcəkdə keçmişi görmək üçün. Əsas çəkmə səbəbim budur. Bu gün çəkdiyim foto beş il sonra keçmişi göstərmiş olacaq. Ona görə çalışıram, gələcəkdə olan keçmişi lentə alım.  

– Səni digər fotoqraflardan seçilən edən nədir? 

– Kiminsə mənim haqqımda olan fikirlərini deyə bilmərəm. Amma fotolarımın hər biri mənə övladım kimidir. Təkcə insanın fotosunu deyil, həyatını çəkirəm. Necə? İnsanın geyimini, baxışlarını, üzüntüsünü lentə köçürməyi bacarıram. Sonradan fotolarıma baxanda çox qəribə hisslər keçirirəm. Kimsə bunu anlamaya bilər.  

– Kimin şəklini çəkmək istərdin? 

– Fərd olaraq kiminsə şəklini çəkməyə can atmamışam. Yəni hansısa məşhurun və ya simanın. Əsas istəyim odur ki, ucqar zirvədə yaşayan bir insan olsun. Hansı ki həyatın bütün mərhələlərindən keçsin və bütün yaşamı ərzində bir fotosu belə olmasın. Həmin insanın üz cizgilərini, əllərinin qırışlarını çəkmək istərdim. Bir sözlə, bu tarixi yazmaq. 

– Gələcək üçün planların nədir?

– Fotoqrafiyada sənətimə görə tanınmaq istəyirəm. İnsanlar fotolarıma baxanda foto deyib keçməsinlər. Duyğularımı hiss etsinlər. Əgər bir foto ilk baxışdan insana hər hansı bir hiss ötürürsə və beyni fotoqrafın nə demək istədiyini anlayırsa, demək, sən artıq mesajını vermisən.  

– Bir müddətdir dövlət orqanlarında işləyirsən. Daha çox məmurları çəkirsən. Bu, səni çərçivəyə salmır? 

– Əksinə. Hazırda fotoqraf kimi Kənd Təsərrüfatı Nazirliyində çalışıram. Həftənin, demək olar ki, yarısını bölgələrdə oluruq və fermerlərlə görüşürük. Onların təsərrüfatlarını, gördüyü işləri lentə köçürürəm. Pullarını halal zəhmətləri ilə qazanan bu zümrənin fiziki görünüşlərində bir saflıq var. Doğrusu, bunu çəkməkdən zövq alıram.

– Qadınları çəkmək asandır, yoxsa kişiləri?

– Kişiləri çəkməyi bacarmıram. 

– Səbəb? 

– Mənim aspektimdən baxanda kişinin borcudur ki, qadını kəşf etsin. Mən, sadəcə, qadınları çəkə bilərəm. 

– Buna görə bir müddət əvvəl nuart çəkirdin?

– Qadınları, əsasən, çılpaq çəkmişəm, onların zərifliyini, fizikasını. Bilirsiniz, insan görmədiyi cismi estetik çəkə bilməz. Amma artıq nuart çəkmirəm.

– Fermerlər daha maraqlıdır? 

– Qadınlara hər zaman vaxt ayırmaq olar. Hazırda çox məşğulam.

– Mükafatların olubmu? 

– İslam Oyunlarına görə dəyərləndirilmişəm. Bundan əlavə, çəkdiyim yanğın fotosu mükafata layiq görülüb. Yəni kiçik-kiçik mükafatlarım olub. Sertifikatlarım həddən çoxdur.

Eyni zamanda, Türkiyədə sərgim keçirilib. ASAN və ABAD-ın sərgisində 100-ə yaxın fotom sərgilənib.

– Yarışlara qatılırsan? 

– Yox. Səbəb vaxt amilidir. Hələlik çəkirəm. Bir dövr gələcək, mən artıq çəkməyə deyil, mükafat qazanmağa üstünlük verəcəyəm. O zaman sandığımı açacam. 

– Deyəsən, sandıqda çox şey var…

– (gülür) Təbii ki.

– Fotoqrafiyada kumirin kimdir? 

– Reza Deghati. Onun çəkdiyi fotoları görərkən öz fotolarıma baxanda yaşadığım hissləri keçirirəm. O insan mənə müəllim kimidir. Çəkdiklərindən zövq alıram.

– Müharibə zamanı fotoqraflıq etmək istəyərsən? 

– Konflikt jurnalistikası məktəbi var. Həmin məktəbin tələbəsi olmuşam. Bu təlimlərdən çox zövq aldım. Düzdür, orada hər an ölümlə üz-üzə ola bilərsən. Çünki kiçik səhv ölümə səbəb ola bilər. Amma riski sevməyən insan yoxdur, məncə.

Risk edib bir foto çəkə bilərsən və bu, sənin bütün həyatını dəyişə bilər. İstər sağ qal, istərsə də həlak ol. Əsas odur, tarixə yazılasan. Bütün insanlıq onsuz da üç əsrdən bir silinir. Tarixdə qalan fotolar olur. 

– Kevin Karter adında fotoqraf Afrikada zəiflikdən ölmək üzrə olan uşağın və onun ölməsini gözləyən yırtıcı quşun şəklini çəkmişdi. Sən onun yerində olsaydın, uşağa kömək edərdin? 

– Doğrusu, mən də uşağı xilas etməzdim və  fotonu çəkərdim. Bir fotonun ictimaiyyətə verdiyi mesaj daha böyükdür. Həmin fotoya görə Afrikaya çoxsaylı yardım etdilər. Yəni bir uşağın ölümü ilə minlərlə uşaq xilas edildi. Onsuz da həyat insanı alır. Bir insana qarşı bütün insanlığı xilas etmək daha vacibdir.

İnsanlar deyir, foto nədir ki? Amma foto çox şeyi dəyişdirə bilər. Bunun çoxlu nümunələri var. 

– Amma Karter 1994-cü ildə “Pulitzer” mükafatını aldıqdan üç ay sonra intihar etdi. Yəni vicdanının səsinə və ictimai təzyiqlərə dözmədi…

– Mənim düşüncəmə görə, fotoqraf hadisələrə bir az səthi yanaşmalıdır. Karter həmin anın milyonlarla uşağın həyatını xilas edəcəyini bilirdi. 

– Şəkil çəkdiyin zaman başına gələn maraqlı əhvalat varmı, hansı ki onu unutmursan? 

– Bir dəfə yağışlı havada “28 May” metrostansiyası ətrafında gəzişirdim. Piyada keçidindən bir qızla oğlanın keçdiyini gördüm. Yer o qədər su idi ki, oğlan qızı qucağına alıb yolu keçməyə çalışdı.

Onların bu anını lentə köçürdüm. Şəkil bütün media tərəfindən paylaşıldı. Bir müddət sonra həmin xanım mənə yazdı ki, oğlan hardasa atışma zamanı rəhmətə gedib. Məndən fotonu istədi. O foto həyatım boyu yaddaşımdan silinməyəcək tarixçəyə çevrildi. Fotoya hər dəfə baxanda düşünürəm ki, bəlkə də, o sevginin son şəklini çəkmişəm.

– Güclü kameraya malik mobil telefonlar bazara çıxdıqdan sonra düşünmürsən ki, fotoqrafiyanın taxtı əlindən alınır? 

– Mobil telefonlar artıq kameralarla rəqabətə girə bilir. Ancaq telefon hər mexanizmə malik olsa da, insan beyni kimi düşünə bilməz. Yəni hiss keçirəcəyin bir foto verə bilməz. Ümumiyyətlə, hər şey texnikadan deyil, fotoqrafdan asılıdır. 

– Olubmu fotonun yaxşı alınması üçün vəziyyəti özün yaratmısan? 

– Mən monotonluğa üstünlük verirəm. Təbiilik itməməlidir. Fotoqraf görüntüyə dəyişiklik edib lentə alırsa, həmin fotoya görə mükafat da alsa, içində bir qırıqlıq olacaq. 

– Anı tutmaq, yoxsa izləmək? Sənin üçün hansı vacibdir? 

– İzlətdirmək. Fotoqraf həmişə aksiondan kənarda olur.

– Yəni üzülmürsən ki, gözəlliyi kiçik bir pəncərədən izləyirsən?

– Mənim üçün o pəncərədən baxmaq həyatda gördüyüm ən zövqlü işdir. Həyat onsuz da bir pəncərədir, insanlarsa qatar. Zaman qatardan baxanda pəncərə önündən keçən mənzərə kimi axır.

– Maraqlıdır, anı on kadr çəkməklə tutursan, yoxsa bir?

– İdman yarışlarında çox iştirak etmişəm. Mənə çatmayan məqam fotoqrafların effektiv kamera ilə saniyədə 12 şəkil çəkmələridir. Saniyədə insan nə qədər hərəkət edə bilər ki, 12 kadra yeləşsin. Fotoqrafiyada bir kadr çəkməyə alışmaq lazımdır. 

sputniknews.ru Fotolarımdan yazdı

Уснувший за рулем грузовика водитель стал причиной ужасной аварии, в результате которой тринадцать человек получили травмы различной степени тяжести, одна женщина скончалась.

БАКУ, 12 июл — Sputnik. Тяжелая авария произошла 12 июля в Гарадагском районе Баку, сообщает Бакинское транспортное агентство (БТА) на своей странице в Facebook.

Грузовой автомобиль столкнулся с пассажирским автобусом маршрута 149, в результате чего последний перевернулся. Тринадцать человек получили травмы, одна женщина скончалась.

В результате аварии ранения разной степени тяжести получили 13 человек - Sputnik Азербайджан

В результате аварии ранения разной степени тяжести получили 13 человек© Photo : FB / Elxan Qəniyev

Авария произошла на 21-километре автомагистрали Баку-Газах.

Согласно сообщению БТА, ДТП произошло по вине грузового автомобиля под государственным номером 90-OJ-802, водитель которого заснул за рулем. Именно это привело к тому, что грузовик на скорости столкнулся с пассажирским автобусом маршрута с госномером 10-TF-383, который несколько раз перевернулся.

ДТП с участием грузовика и пассажирского автобуса в Баку, 12 июля 2018 года  - Sputnik Азербайджан

ДТП с участием грузовика и пассажирского автобуса в Баку, 12 июля 2018 года© Photo : FB / Elxan Qəniyev

Семь пострадавших доставлены в Клинический медицинский Центр, один – в Республиканскую клиническую больницу, трое – в больницу в поселке Алят.

В настоящее время сотрудники БТА находятся в больницах, куда доставлены пострадавшие.

На месте происшествия работают сотрудники Государственного управления полиции.