oxu.az Aprelin 27-də start götürən 2018 “Formula-1” dünya çempionatı

Aprelin 27-də start götürən 2018 “Formula-1” dünya çempionatının 4-cü mərhələsi – Azərbaycan Qran-Prisi yarışının ikinci günüdür.

Elxan Qəniyevin çəkdiyi görüntüləri təqdim edirik.

Oxu.Az xəbər verir ki, yarışlardan 10 komandadan 20 pilot iştirak edir.

“Mercedes” komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, “Ferrari”də Sebastian Fettel, Kimi Raykonnen, “Williams”ın heyətində Sergey Sirotkin və Lens Stroll yarışırlar. “Red Bull Racing” komandasında Daniel Rikkiardo, Maks Ferstappen, “Force India”da Esteban Okon və Serxio Peres, “Renault”da isə Niko Hülkenberq ilə Karlos Sayns mübarizə aparırlar.

Bundan başqa, “Toro Rosso”nun heyətində Brendon Hartli və Pyer Qasli, “Sauber”də Markus Eriksson, Şarl Lekler, “McLaren”də Fernando Alonso və Stoffel Vandorn yürüşdə iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə “Haas” komandalarının idman şərəfini qoruyurlar.

Keçən ildə olduğu kimi bu il də yarışlar böyük izdihamla keçir. 

Yüksək səviyyədə keçirilən yarışın izləyici auditoriyası kifayət qədər genişdir.

Əvvəlki ildən fərqli olaraq, bu il dünya ulduzlarının konsert proqramları “Bakı Kristal Zalı”nda keçirilir. Tamaşaçıların konsert zonasına rahat gediş-gəlişini təmin etmək üçün “Azneft dairəsi” ilə “Kristal Zal” arasında xüsusi avtobuslar da fəaliyyət göstərir.

Qeyd edək ki, sabah-aprelin 29-da “Formula-1”  Azərbaycan Qran-Prisinin final günüdür.

Foto: Elxan Qəniyev

Leave a comment

Your email address will not be published.

en_US