Archives

News

oxu.az Aprelin 27-də start götürən 2018 “Formula-1” dünya çempionatı

Aprelin 27-də start götürən 2018 “Formula-1” dünya çempionatının 4-cü mərhələsi – Azərbaycan Qran-Prisi yarışının ikinci günüdür.

Elxan Qəniyevin çəkdiyi görüntüləri təqdim edirik.

Oxu.Az xəbər verir ki, yarışlardan 10 komandadan 20 pilot iştirak edir.

“Mercedes” komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, “Ferrari”də Sebastian Fettel, Kimi Raykonnen, “Williams”ın heyətində Sergey Sirotkin və Lens Stroll yarışırlar. “Red Bull Racing” komandasında Daniel Rikkiardo, Maks Ferstappen, “Force India”da Esteban Okon və Serxio Peres, “Renault”da isə Niko Hülkenberq ilə Karlos Sayns mübarizə aparırlar.

Bundan başqa, “Toro Rosso”nun heyətində Brendon Hartli və Pyer Qasli, “Sauber”də Markus Eriksson, Şarl Lekler, “McLaren”də Fernando Alonso və Stoffel Vandorn yürüşdə iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə “Haas” komandalarının idman şərəfini qoruyurlar.

Keçən ildə olduğu kimi bu il də yarışlar böyük izdihamla keçir. 

Yüksək səviyyədə keçirilən yarışın izləyici auditoriyası kifayət qədər genişdir.

Əvvəlki ildən fərqli olaraq, bu il dünya ulduzlarının konsert proqramları “Bakı Kristal Zalı”nda keçirilir. Tamaşaçıların konsert zonasına rahat gediş-gəlişini təmin etmək üçün “Azneft dairəsi” ilə “Kristal Zal” arasında xüsusi avtobuslar da fəaliyyət göstərir.

Qeyd edək ki, sabah-aprelin 29-da “Formula-1”  Azərbaycan Qran-Prisinin final günüdür.

Foto: Elxan Qəniyev

“FotoMən” fotoqrafiya kursunun açılış mərasimi keçirilib

21 oktyabr 2017-ci il tarixində “FotoMən” fotoqrafiya kursunun açılış mərasimi keçirilib.

Fotoqrafiya kursu “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət carçısı” layihəsinin  təşkilatçılığı, YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı və ASAN Radionun media dəstəyi ilə həyata keçirilir.

Peşəkar fotoqraflar tərəfindən keçiriləcək təlimlərin əsas məqsədi fotoqrafiya sahəsinə maraq göstərən gənclərin bu istiqamətdə maarifləndirilməsidir.

Müsahibə yolu ilə seçilmiş 40 iştirakçı görüşlərdə iştirakla yanaşı, studio çəkilişlərində iştirak edəcək, qrup işlərini və ev tapşırığını yerinə yetirəcəklər.

“ASAN xidmət”in fotoqrafı Emin Əlizadənin rəhbəri olduğu “FotoMən” layihəsinin sonunda iştirakçıların çəkdiyi şəkillərdən ibarət foto sərgi təşkil olunacaq.

Qeyd edək ki, təlimlər peşəkar fotoqraflar Orxan Aslanov, Rüfət Abbas, Xalid Zeynalov, İsmail Rzayev, Raj Steven, Fuad Babayev, Məhəmməd Türkmən, Vüqar İbadov, Elxan Qəniyev və Fəxriyyə Məmmədova tərəfindən keçiriləcək. 

Azertag.az müsabiqənin əlaqələndiricisi Elxan Qəniyev olub

Azərbaycan Fotoqraflar Birliyinin (AFB) yanvar ayı üçün elan etdiyi “Unutmadıq, unutmarıq” müsabiqəsinin yekununa həsr olunmuş “Açıq qapı” günü keçirilib.

AFB-dən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə ay ərzində 25 iştirakçı fotoları ilə müraciət edib. Müsabiqə şərtlərinə uyğun olan 21 iştirakçının 88 fotosu qəbul edilib. Münsiflər heyətinin qərarına əsasən ayın ən yaxşı fotolarının müəllifləri Coşqun Kərimli, Elxan Qəniyev və Müşfiq Mirzəzadə olublar. Həvəsləndirici mükafata Süleyman Süleymanlı layiq görülüb.

Qeyd edək ki, müsabiqənin əlaqələndiricisi Elxan Qəniyev olub.

“Açıq qapı” gününün sonunda “İlin fotoqrafı – 2015” tədbirinin təşkilati işlərində göstərdikləri köməyə görə təşəkkürnamələr təqdim edilib.

Tədbirdə fevral ayı üçün “Obyektivimizdən dostlarımız: heyvanlar aləmi” adlanan yeni mövzu elan olunub.