Qafqazinfo.az Üç ildir metronun çıxışında yaşayan şəxs sığınacağa yerləşdirildi

Üç ildir metronun çıxışında yaşayan şəxs sığınacağa yerləşdirildi

Ailəsi tərəfindən atılan və metronun “Sahil” stansiyasının çıxışında yaşayan şəxs sığınacağa yerləşdirilib.

Bu barədə “Qafqazinfo”ya fotoqraf Elxan Qəniyev məlumat verib.

O bildirib ki, həmin şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya müəssisəsinə yerləşdirilib:

“Ağayev Rüstəm Həsənağa oğlu 62 yaşında evindən qovulandan 3 ildir küçədə qalırdı. Bu gün isə o, artıq isti yuvaya qovuşub. Bu fotolar arasında sadəcə beş gün fərq var”.

Qeyd edək ki, R.Ağayevin küçədə yaşamağa məcbur olması barədə fotoqraf paylaşım etmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov isə məsələnin agentliyin diqqətində olduğunu bildirmişdi.

Həmçinin oxuyun: Bakıda metronun çıxışında yaşayan şəxslə bağlı açıqlama – Foto

Leave a comment

Your email address will not be published.

en_US