Çıraqqala yürüşü: tarix, macəra və sosial mesaj
Bu vlogda Çıraqqalaya etdiyimiz yürüşü və bu səfərin arxasında duran məqsədi paylaşırıq.
Çıraqqala — V-VI əsrlərə aid qədim müdafiə qalasıdır və Azərbaycanın mühüm tarixi abidələrindən biridir. Bakıdan təxminən 150 km məsafədə yerləşən bu qala yüksək dağlıq ərazidə yerləşdiyi üçün ora çatmaq heç də asan deyil.
Yol çətin, amma bir o qədər də maraqlıdır. Böyük qayalar, dik yamaclar və uzun yürüş bu səfəri əsl macəraya çevirir.
Bu video sadəcə bir səyahət deyil. Burada həm tarixlə tanış olacaqsınız, həm də verdiyimiz sosial mesajın mənasını hiss edəcəksiniz.
Bəzən insan yalnız zirvəyə çatanda yox, o yolda keçdiyi çətinliklərdə özünü tapır.