Dünyanın ən böyük palçıq vulkanına səfər – Qobustan macərası
Bu vlogda Azərbaycanın ən maraqlı təbiət möcüzələrindən biri olan palçıq vulkanlarına səfərimizi sizinlə bölüşürəm.
Qobustan ərazisində yerləşən bu unikal təbiət abidələri təkcə ölkəmiz üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır. Səfərimiz “Çingirdağ” ərazisindən başlayaraq dünyanın ən böyük palçıq vulkanlarından biri olan “Torağay” vulkanına qədər davam etdi.
Bu ekotur zamanı həm təbiətin gözəlliklərini müşahidə etdik, həm də bu nadir geoloji formalaşmalar haqqında daha çox məlumat əldə etdik. Ümumi marşrut təxminən 18 km idi və həm fiziki, həm də vizual olaraq çox maraqlı təcrübə oldu.
Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada lider ölkələrdən biridir. Yer kürəsində mövcud olan palçıq vulkanlarının böyük hissəsi məhz ölkəmizdə yerləşir və onların bir çoxu aktivdir.
Bu video vasitəsilə həm bu təbiət möcüzəsini tanıtmaq, həm də onların qorunmasının vacibliyinə diqqət çəkmək istəyirəm.