Haqqımda

Elkhan Ganiyev
Elxan Ehsan oğlu Qəniyev 12 noyabr 1994-cü ildə İsmayıllı rayonunda anadan olub. Məktəb illərindən dizayn və fotoqrafiyaya maraq göstərərək, 2011-ci ildən peşəkar fotoqraf kimi fəaliyyətə başlayıb. Bir çox yerli və beynəlxalq təlim, sərgi və müsabiqələrdə iştirak edərək mükafatlar qazanıb. İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Go to Ismayıllı" layihəsini həyata keçirərək, rayonun mədəni irsini və təbiətini tanıdıb. Formula 1, İslam Həmrəyliyi Oyunları və Avropa Oyunları kimi beynəlxalq tədbirlərdə fotoqraf kimi çalışıb. "ISTECHH MMC", "Hajizade Group", "Intro Dev", "Gəmiqaya Holding" və "ABAD" kimi qurumlarda fotoqraf, dizayner və art direktor vəzifələrində işləyib. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Təminatı şöbəsində baş mütəxəssis-böyük inspektor vəzifəsində çalışır. Sənədli fotoqrafiya və portret janrlarında çəkilişlər edir, dörd fəsil boyunca səyahət edərək fotoşəkillər çəkir. Bu fotoşəkillər Azərbaycan mediasında geniş şəkildə yayımlanıb.