Posts Tagged

Elxan Qəniyev

Gənc çoban

©Elxan Qəniyev

Kürmük məbədi

©Elxan Qəniyev

Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsrlədə mövcud olub) qalıqları üzərində XIX əsrdə Çar Rusiyası tərəfindən bölgəni xristianlaşdırmaq və dini dayaq yaratmaq məqsədilə inşa olunmuş kilsədir .

Ərazidə aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki kilsə qədim məbədin qalıqları üzərində inşa olunmuşdur. İlisu sultanlığını işğal edən Çar Rusiyası xristianlığı yaymaq üçün qədim məbədin üzərində yeni kilsə tikmişdir.

Azərtac Səhra gəmiləri

Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin səhra gözəlləri FOTO

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Salyan rayonunun Xıdırlı kəndindəki “Hamamdağ” qışlağında yerləşən damazlıq dəvəçilik təsərrüfatı Azərbaycanın ən böyük dəvəçilik təsərrüfatlarında biridir. Təsərrüfatın yaradılmasında məqsəd genefondu qorumaq və bu sahəni inkişaf etdirməkdir.

AZƏRTAC xəbər verir ki, bu günlərdə dəvələrin bir hissəsi damazlıq işinin yüksək səviyyədə təşkil olunması üçün MMC-nin paytaxtın Sabunçu rayonunun Ramanı qəsəbəsindəki ərazisinə köçürülüb.

Qeyd edək ki, hazırda təsərrüfatda 90-a yaxın dəvə var. Azərbaycanda turizmin, o cümlədən ekoturizmin inkişaf etdiyini nəzərə alaraq, müəssisəyə məxsus dəvələrə təlim keçməklə Qobustan, Qızılağac və Şirvan qoruqlarına turist cəlb edilməsi planlaşdırılır.

Kəskin görmə və qoxubilmə qabiliyyətinə malik olan dəvələr istiyə ən dözümlü heyvan sayılır. 70 dərəcə istiyə, 50 dərəcə soyuğa davam gətirir. Yeganə canlıdır ki, 10-12 gün susuz yaşayır. Günlərlə ac qala bilir ki, bu zaman da köməyə hörgüçləri gəlir. Hörgüçlərdə vücud ağırlığının beşdəbiri qədər yağ toplanır. Ac qalan dəvə orqanizminin təmin olunması üçün hörgüçlərindəki yağı sərf edir. Dəvələrin südündən təbabətdə geniş istifadə edilir. Hələ tibb elminin inkişaf etmədiyi dövrlərdə mədə-bağırsaq, vərəm əleyhinə ən yaxşı müqavimət vasitəsi sayılıb. Vaxtilə Şərq ölkələrində döyüşə gedən əsgərlərə dəvə südü içirdirlərmiş ki, orqanizmləri xəstəliklərə və susuzluğa dözümlü olsun.

AZƏRTAC fotoqraf Elxan Qəniyevin Ramanıdan çəkdiyi fotoları təqdim edir.

( Vlog 2 ) Bakıda rolik turu ağ şəhəri gəzirirk.

Videonu bəyənməyi kanala abonə olmağı unutmayın. İstədiyiniz maraqlı mövzuları şərh edərək mənə bildirə bilərsiniz təklif və iradlarınıza açıqam) Hava çox küləkli və isti idi birazda rolik sürsəydim susundan ölmə ehtimalım vardı))

( VLOG 1 ) Çox gəzib çox öyrənmək üçün

©Elxan Qəniyev

Bəzi texniki problmlərə gör gopro da olan videoları istifadə edə bilmədim və umumi istədiyim kimi alınmadı amma ilk olduğu üçün bağışlayın) Fikirləriniz yazmağı şərh etməyi unutyamıyn Vİdeonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz Təşəkkürlər.