başlanğıc
15 dəqiqə
Ekspozisiya nə deməkdir? — Fotoqrafiya Dərsləri #3
Bu dərsdə fotoqrafiyanın əsas anlayışlarından biri olan ekspozisiya (exposure) izah olunur. Ekspozisiya — şəkilin nə qədər işıq aldığını müəyyən edən əsas faktordur və düzgün qurulmadıqda foto ya çox qaranlıq, ya da çox işıqlı olur. Bu mövzu əvvəlki dərsdə öyrəndiyiniz ISO, diafraqma və pərdə sürəti ilə birbaşa bağlıdır və onların birlikdə necə işlədiyini real nümunələrlə izah edir. Dərs ərzində: • Ekspozisiya nədir və necə işləyir • Overexposed və underexposed şəkillər • Doğru işıq balansı necə qurulur • Real çəkiliş nümunələri ilə izah Bu dərs sizi artıq daha şüurlu çəkilişə aparır və kameranı tam idarə etməyə bir addım daha yaxınlaşdırır.