( Vlog 10 ) Dünyanın ən böyük palçıq vulkanına səfər etdik

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi” (@ecogovaz), “Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları qrupu Dövlət Təbiət Qoruğu”, @nature_discoveryazerbaijan və @sirkhan.az -ın təşkilatçılığı ilə 24 Aprel 2021-ci il tarixində “Palçıq vulkanlarımızı qoruyaq” devizi altında eko-infotur təşkil olunmuşdur. Tədbirin keçirilməsində məqsəd palçıq vulkanlarına diqqəti artırmaq, təbiətin ölkəmizə bəxş etdiyi bu nadir tapıntıları qorumaqdır. Ekotur Torağay qoruğunun ərazisində yerləşən “Cingirdağ” dan başlayaraq dünyanın ən böyük palçıq vulkanı “Torağay” palçıq vulkanında yekunlaşmış, daha sonra “Qılınc” aktiv vulkan qrupuna ekskursiya təşkil olunmuşdur. Ekoturun ümumi məsafəsi 18,5km məsafəni əhatə etmişdir. Təşkilatçılar ekotura qoşularaq təbiət abidələrimizə verdiyi dəstəyə görə bütün iştirakçılara, tədbirin baş tutmasında bizə verdiyi dəstəyə görə isə şəxsən “Torağay” qoruğunun direktoru Ceyhun Paşayev və komandasına təşəkkür edir. Onu da qeyd edək ki, Azərbaycan dünyada palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsindəki məlum 1700-dək palçıq vulkanından 700-ü ölkəmizdə – əsasən Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelaqındadır. Onlardan 350-si aktiv vulkandır. #protectmudvolcanoes #burdanbura #burdanburaaz #burdanburamedia

Leave a comment

Your email address will not be published. Required fields are marked *