( Vlog 11 ) Gədəbəy: nağıllar aləminə səyahət

Bakının toz-dumanı, səs-küyündən 450 km uzağa, yaşıl çöllərin, başı qarlı dağların, çayların, göllərin, igidlərin diyarına, Gədəbəyə gedirik. Təbiətlə iç-içə keçirəcəyimiz iki unudulmaz günün necə başlayıb, necə bitdiyini ancaq Bakıya döndükdən, təbiətin tilsimindən ayıldıqdan sonra anlayacaqsan. Zaman və məkan çox dəyərlidir və hər istədiyində gələ bilmədiyin qədər uzaq olan bu cənnətə gəlmişkən daha çox gözəllik görə bilməyin üçün məkanlara nəqliyyat vasitəmizlə yollanacağıq. Qısa yürüşlərimiz də öz yerində. Həmçinin qeyd edək ki, macəramızın dəstəkçisi olan Slavyanka Gədəbəy Mineral Suları Zavodu tərəfindən macəra boyu su ilə təmin olunacağıq.ÜMUMİLİKDƏ GÖRÜLƏCƏK MƏKANLAR: – Şır-şıra şəlaləsi – Koroğlu qalası – Qanlı körpü – Kəklikotu dərəsi – Haçaqaya dağı (2100m) – Şahzadə Meşəsi (şam meşəsi) – Başkənd gölü – Slavyanka Gədəbəy Mineral Suları Zavodu – Qədim Şəmkir, alman evləri – Alman lüteran kilsəsi Qanlı körpü Gədəbəy rayonunda 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunlugu 28 km olan Gədəbəy-Qalakənd arasinda çəkilmişdir. Bu körpünün faciəvi tarixçəsi var. Beləki, mədəndə işləyən fəhlələri işdən evə daşıyan vaqon korpunun ustundən keçərkən korpu aşıb. Nəticədə vaqonda olan fəhlələrin hamisi həlak olub. O gundən sonra el arasinda bu korpugə Qanli korpu deyilir. Haçaqaya dağı İnsanlar buraya qurban kəsməyə, arzularinin yerinə yetməsi ucun dua etməyə, bir coxlari isə sadəcə əsrarəngiz təbiət abidəsini izləməkcun uz tuturlar. Sohbət Gədəbəy və Tovuz rayonlari arasinda 2200 metr yuksəklikdə yerləsən Haçaqaya dagindan gedir. Əfsanəyə gorə xəlifə Əliyə xəbər catir ki, Salsal adli bir pəhləvan musəlmanlara zulm edir. Xalifə Əli Hacaqaya daglarinda bu pəhləvanla uz uzə gəlir. Qilinci ilə pəhləvana zərbə yendirse də Salsalı kəsmir. Xəlifə Əli hirslənərək qilinci daga cirpir. Dag iki yerə bolunur və hacaqaya yaranir Gədəbəy rayonu Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir. Ərazidə olan tarixi mədəniyyət abidələri eramizdan əvvəl 12–7-ci əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmuşdur. Bugünki səfərimiz Gədəbəyin qədim memarlıq abidələrindən olan filan yerdir Koroğlu qalası Gədəbəy rayonunun Qalakənd və Miskinli kəndləri arasinda sildirim qayaligin zirvəsində yerləşir. 16cı əsrdə inşa edilmiş bu qala strateji baximdan olduqca əlverişli yerdə yerləsir. Müdafiə məqsədli inşa edilən bu qalanın yeraltı gizli yolu və gizli su xətti də aşkar edilmişdir #protectmudvolcanoes #burdanbura #burdanburaaz #burdanburamedia

Leave a comment

Your email address will not be published. Required fields are marked *