Category

Vloq

( Vlog 11 ) Gədəbəy: nağıllar aləminə səyahət

Bakının toz-dumanı, səs-küyündən 450 km uzağa, yaşıl çöllərin, başı qarlı dağların, çayların, göllərin, igidlərin diyarına, Gədəbəyə gedirik. Təbiətlə iç-içə keçirəcəyimiz iki unudulmaz günün necə başlayıb, necə bitdiyini ancaq Bakıya döndükdən, təbiətin tilsimindən ayıldıqdan sonra anlayacaqsan. Zaman və məkan çox dəyərlidir və hər istədiyində gələ bilmədiyin qədər uzaq olan bu cənnətə gəlmişkən daha çox gözəllik görə bilməyin üçün məkanlara nəqliyyat vasitəmizlə yollanacağıq. Qısa yürüşlərimiz də öz yerində. Həmçinin qeyd edək ki, macəramızın dəstəkçisi olan Slavyanka Gədəbəy Mineral Suları Zavodu tərəfindən macəra boyu su ilə təmin olunacağıq.ÜMUMİLİKDƏ GÖRÜLƏCƏK MƏKANLAR: – Şır-şıra şəlaləsi – Koroğlu qalası – Qanlı körpü – Kəklikotu dərəsi – Haçaqaya dağı (2100m) – Şahzadə Meşəsi (şam meşəsi) – Başkənd gölü – Slavyanka Gədəbəy Mineral Suları Zavodu – Qədim Şəmkir, alman evləri – Alman lüteran kilsəsi Qanlı körpü Gədəbəy rayonunda 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunlugu 28 km olan Gədəbəy-Qalakənd arasinda çəkilmişdir. Bu körpünün faciəvi tarixçəsi var. Beləki, mədəndə işləyən fəhlələri işdən evə daşıyan vaqon korpunun ustundən keçərkən korpu aşıb. Nəticədə vaqonda olan fəhlələrin hamisi həlak olub. O gundən sonra el arasinda bu korpugə Qanli korpu deyilir. Haçaqaya dağı İnsanlar buraya qurban kəsməyə, arzularinin yerinə yetməsi ucun dua etməyə, bir coxlari isə sadəcə əsrarəngiz təbiət abidəsini izləməkcun uz tuturlar. Sohbət Gədəbəy və Tovuz rayonlari arasinda 2200 metr yuksəklikdə yerləsən Haçaqaya dagindan gedir. Əfsanəyə gorə xəlifə Əliyə xəbər catir ki, Salsal adli bir pəhləvan musəlmanlara zulm edir. Xalifə Əli Hacaqaya daglarinda bu pəhləvanla uz uzə gəlir. Qilinci ilə pəhləvana zərbə yendirse də Salsalı kəsmir. Xəlifə Əli hirslənərək qilinci daga cirpir. Dag iki yerə bolunur və hacaqaya yaranir Gədəbəy rayonu Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir. Ərazidə olan tarixi mədəniyyət abidələri eramizdan əvvəl 12–7-ci əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmuşdur. Bugünki səfərimiz Gədəbəyin qədim memarlıq abidələrindən olan filan yerdir Koroğlu qalası Gədəbəy rayonunun Qalakənd və Miskinli kəndləri arasinda sildirim qayaligin zirvəsində yerləşir. 16cı əsrdə inşa edilmiş bu qala strateji baximdan olduqca əlverişli yerdə yerləsir. Müdafiə məqsədli inşa edilən bu qalanın yeraltı gizli yolu və gizli su xətti də aşkar edilmişdir #protectmudvolcanoes #burdanbura #burdanburaaz #burdanburamedia

( Vlog 10 ) Dünyanın ən böyük palçıq vulkanına səfər etdik

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi” (@ecogovaz), “Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları qrupu Dövlət Təbiət Qoruğu”, @nature_discoveryazerbaijan və @sirkhan.az -ın təşkilatçılığı ilə 24 Aprel 2021-ci il tarixində “Palçıq vulkanlarımızı qoruyaq” devizi altında eko-infotur təşkil olunmuşdur. Tədbirin keçirilməsində məqsəd palçıq vulkanlarına diqqəti artırmaq, təbiətin ölkəmizə bəxş etdiyi bu nadir tapıntıları qorumaqdır. Ekotur Torağay qoruğunun ərazisində yerləşən “Cingirdağ” dan başlayaraq dünyanın ən böyük palçıq vulkanı “Torağay” palçıq vulkanında yekunlaşmış, daha sonra “Qılınc” aktiv vulkan qrupuna ekskursiya təşkil olunmuşdur. Ekoturun ümumi məsafəsi 18,5km məsafəni əhatə etmişdir. Təşkilatçılar ekotura qoşularaq təbiət abidələrimizə verdiyi dəstəyə görə bütün iştirakçılara, tədbirin baş tutmasında bizə verdiyi dəstəyə görə isə şəxsən “Torağay” qoruğunun direktoru Ceyhun Paşayev və komandasına təşəkkür edir. Onu da qeyd edək ki, Azərbaycan dünyada palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsindəki məlum 1700-dək palçıq vulkanından 700-ü ölkəmizdə – əsasən Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelaqındadır. Onlardan 350-si aktiv vulkandır. #protectmudvolcanoes #burdanbura #burdanburaaz #burdanburamedia

( Vlog 9 ) Freeskate in Baku, rollerblade crash

Əziz dostlar vloglarımı və videolarımı izləməyi unutmayın, bəyənib abonə olaraq dəstək ola bilərsiniz. Bakı küçələrində rolik sürdük başlanğıcda bir qəza etdim amma kiçik bir qəza idi yarasız ötürdüm. skating accident Rollerblade®

( Vlog 8 ) Kənddən 8 km uzaqlıqdakı 8 ailədən ibarət məhəllə

Uşaqları sevindirmək üçün bir plan hazırladıq. Hədiyyələri seçib qurumlarımızın dəstəyi ilə yola çıxdım. Bu səfər həm qürur həm də sevinc səfərim idi. Maraq dolu anları izləyin və paylaşın! Kənd Təsərrüfatı Nazirliyinin fotoqrafı Elxan Qəniyev İsmayıllının Gəndov kəndindən 8 km uzaqlıqda yerləşən ucqar “Dərə” məhəlləsindəki uşaqlara bayram sevinci yaşadıb.

( Vlog 7 ) Çıraqqala yürüşü

Azərbaycan dövləti tərəfindən dünya əhəmiyyətli memarlıq abidələri siyahısına daxil edilən Çıraqqala V-VI əsrlərə aid müdafiə qalasıdır. Çıraqqala Bakıdan 150 km aralıda olan Çaraqqaya sıldırımında yerləşir. Чирах-кала— крепость на территории Азербайджана, приблизительно в 20-25 км к югу от города Шабран близ селения Гала-алты, на высоте 1232 метра над уровнем моря, цитадель Гильгильчайской оборонительной стены на юго-восточном склоне Большого Кавказского хребта. Включен правительством Азербайджана в список архитектурных памятников мирового значения. Chirag Gala also spelled Çiraq Qala or Çirax Qala, which means lamp castle in Azerbaijani is a ruined ancient fortress overlooking the Caspian coastal plains north of Baku in Azerbaijan. It is located on the top of a mountain, in the Guba Forest. It was constructed by the Sassanid Persians in the 5th century, it was used as a defense for the khanate of Quba in the 18th century. Today the Chirag Gala is a historic site and is frequently visited by tourists. Because of the large rocks and rough road, the Chirag Gala is almost impossible to reach with any vehicle. Most tourists and people travel by foot to the top of the mountain.

( VLOG 5 ) Azərbaycanın ən böyük 2 ci zirvəsi 4243 metr

Azerbaycanın ən böyük 2 ci zirvəsi olan Şahdağ zirvəsinə yorucu ağır səfər etdik. Səfəri təşkil etdiyinə görə everest sport cluba təşəkkürlər. https://www.facebook.com/EverestSport… 12 saat 58 dəqiqəlik gece başlayan yürüzümüz dəniz səviyyəsindən 4243 metr hündürlükdə sona çatdı. 18 km lik dik yamaclarla zirvəyə catanda gözlərim dolmuşdu amma o qədər külək və soyuq idiki onu bele hissetməmişdim. Əziz izləyicilər videonu bəyənib, paylaşaraq dəstək ola bilərsiniz

( Vlog 4 ) Qaranohura səfər etdik Qaranohura necə getməli?

Videoya şərh yazaraq növbəti səfər planının təşkilinə kömək edə bilərsiniz. Çox yorucu amma çox maraqlı bir səfər oldu. Bu səfər tək deyil Orxan Line ilə yol yoldaşı olduq. Videoya baxaraq həm də Qaranohur gölünə necə getmək olar, və sizi orada nə qarşılayır onu görəcəksiniz.

( Vlog 3 ) Azərbaycanda ilk dəfə keçirilən “Milli Yaylaq Festivalı”na səfər etdik

Videonun sonunda maraqlı bir intro sizi gözləyir. İlk olaraq getməyi düşündüyümdə heçbir fikrim yox idi amma getdikdə həqiqətəndə möhtəşəmliklərlər qarşılaşdım. Əfsuslar olsun ki açılış günü orada ola bildim sadəcə həm foto həm video çəkdiyimdən xəyalımdaki möhtəşəm videonu çəkə bilməsəmdə əlimdən gələni etdim. İzləyib bəyənib paylaşıb dəstək ola bilərsiniz

( Vlog 2 ) Bakıda rolik turu ağ şəhəri gəzirirk.

Videonu bəyənməyi kanala abonə olmağı unutmayın. İstədiyiniz maraqlı mövzuları şərh edərək mənə bildirə bilərsiniz təklif və iradlarınıza açıqam) Hava çox küləkli və isti idi birazda rolik sürsəydim susundan ölmə ehtimalım vardı))

( VLOG 1 ) Çox gəzib çox öyrənmək üçün

©Elxan Qəniyev

Bəzi texniki problmlərə gör gopro da olan videoları istifadə edə bilmədim və umumi istədiyim kimi alınmadı amma ilk olduğu üçün bağışlayın) Fikirləriniz yazmağı şərh etməyi unutyamıyn Vİdeonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz Təşəkkürlər.