Azərtac Səhra gəmiləri

Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin səhra gözəlləri FOTO

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Salyan rayonunun Xıdırlı kəndindəki “Hamamdağ” qışlağında yerləşən damazlıq dəvəçilik təsərrüfatı Azərbaycanın ən böyük dəvəçilik təsərrüfatlarında biridir. Təsərrüfatın yaradılmasında məqsəd genefondu qorumaq və bu sahəni inkişaf etdirməkdir.

AZƏRTAC xəbər verir ki, bu günlərdə dəvələrin bir hissəsi damazlıq işinin yüksək səviyyədə təşkil olunması üçün MMC-nin paytaxtın Sabunçu rayonunun Ramanı qəsəbəsindəki ərazisinə köçürülüb.

Qeyd edək ki, hazırda təsərrüfatda 90-a yaxın dəvə var. Azərbaycanda turizmin, o cümlədən ekoturizmin inkişaf etdiyini nəzərə alaraq, müəssisəyə məxsus dəvələrə təlim keçməklə Qobustan, Qızılağac və Şirvan qoruqlarına turist cəlb edilməsi planlaşdırılır.

Kəskin görmə və qoxubilmə qabiliyyətinə malik olan dəvələr istiyə ən dözümlü heyvan sayılır. 70 dərəcə istiyə, 50 dərəcə soyuğa davam gətirir. Yeganə canlıdır ki, 10-12 gün susuz yaşayır. Günlərlə ac qala bilir ki, bu zaman da köməyə hörgüçləri gəlir. Hörgüçlərdə vücud ağırlığının beşdəbiri qədər yağ toplanır. Ac qalan dəvə orqanizminin təmin olunması üçün hörgüçlərindəki yağı sərf edir. Dəvələrin südündən təbabətdə geniş istifadə edilir. Hələ tibb elminin inkişaf etmədiyi dövrlərdə mədə-bağırsaq, vərəm əleyhinə ən yaxşı müqavimət vasitəsi sayılıb. Vaxtilə Şərq ölkələrində döyüşə gedən əsgərlərə dəvə südü içirdirlərmiş ki, orqanizmləri xəstəliklərə və susuzluğa dözümlü olsun.

AZƏRTAC fotoqraf Elxan Qəniyevin Ramanıdan çəkdiyi fotoları təqdim edir.

Leave a comment

Your email address will not be published.

en_US