Posts Tagged

©Elxan Qəniyev

( Vlog 8 ) Kənddən 8 km uzaqlıqdakı 8 ailədən ibarət məhəllə

Uşaqları sevindirmək üçün bir plan hazırladıq. Hədiyyələri seçib qurumlarımızın dəstəyi ilə yola çıxdım. Bu səfər həm qürur həm də sevinc səfərim idi. Maraq dolu anları izləyin və paylaşın! Kənd Təsərrüfatı Nazirliyinin fotoqrafı Elxan Qəniyev İsmayıllının Gəndov kəndindən 8 km uzaqlıqda yerləşən ucqar “Dərə” məhəlləsindəki uşaqlara bayram sevinci yaşadıb.

( Vlog 7 ) Çıraqqala yürüşü

Azərbaycan dövləti tərəfindən dünya əhəmiyyətli memarlıq abidələri siyahısına daxil edilən Çıraqqala V-VI əsrlərə aid müdafiə qalasıdır. Çıraqqala Bakıdan 150 km aralıda olan Çaraqqaya sıldırımında yerləşir. Чирах-кала— крепость на территории Азербайджана, приблизительно в 20-25 км к югу от города Шабран близ селения Гала-алты, на высоте 1232 метра над уровнем моря, цитадель Гильгильчайской оборонительной стены на юго-восточном склоне Большого Кавказского хребта. Включен правительством Азербайджана в список архитектурных памятников мирового значения. Chirag Gala also spelled Çiraq Qala or Çirax Qala, which means lamp castle in Azerbaijani is a ruined ancient fortress overlooking the Caspian coastal plains north of Baku in Azerbaijan. It is located on the top of a mountain, in the Guba Forest. It was constructed by the Sassanid Persians in the 5th century, it was used as a defense for the khanate of Quba in the 18th century. Today the Chirag Gala is a historic site and is frequently visited by tourists. Because of the large rocks and rough road, the Chirag Gala is almost impossible to reach with any vehicle. Most tourists and people travel by foot to the top of the mountain.

( Vlog 3 ) Azərbaycanda ilk dəfə keçirilən “Milli Yaylaq Festivalı”na səfər etdik

Videonun sonunda maraqlı bir intro sizi gözləyir. İlk olaraq getməyi düşündüyümdə heçbir fikrim yox idi amma getdikdə həqiqətəndə möhtəşəmliklərlər qarşılaşdım. Əfsuslar olsun ki açılış günü orada ola bildim sadəcə həm foto həm video çəkdiyimdən xəyalımdaki möhtəşəm videonu çəkə bilməsəmdə əlimdən gələni etdim. İzləyib bəyənib paylaşıb dəstək ola bilərsiniz

Konfilikt Jurnalistika Məktəbi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə “Dinc Dünya” Araşdırma Mərkəzinin təşkil etdiyi “Konflikt jurnalistikası məktəbi” adlı birgə layihənin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində növbəti auditoriya təlimi keçirildi.

Bir sevginin son şəklini çəkdim

– Bir dəfə yağışlı havada “28 May” metrostansiyası ətrafında gəzişirdim. Piyada keçidindən bir qızla oğlanın keçdiyini gördüm. Yer o qədər su idi ki, oğlan qızı qucağına alıb yolu keçməyə çalışdı.

Onların bu anını lentə köçürdüm. Şəkil bütün media tərəfindən paylaşıldı. Bir müddət sonra həmin xanım mənə yazdı ki, oğlan hardasa atışma zamanı rəhmətə gedib. Məndən fotonu istədi. O foto həyatım boyu yaddaşımdan silinməyəcək tarixçəyə çevrildi. Fotoya hər dəfə baxanda düşünürəm ki, bəlkə də, o sevginin son şəklini çəkmişəm.

allaboutjazz.com Bob James

Robert McElhiney James (born December 25, 1939),[1] known professionally as Bob James, is an American jazz keyboardist, arranger, and record producer. He founded the band Fourplay and wrote “Angela”, the theme song for the TV show Taxi.[2] Music from his first seven albums has often been sampled and has contributed to the formation of hip hop.[3][4] Among his most well known recordings are “Nautilus”, “Westchester Lady”, “Tappan Zee”, and his version of “Take Me to The Mardi Gras”.

James in Heydar Aliyev Palace, Baku Jazz Festival, 2015

Bəzən xeyirə açılan qapıdır səfər bəzənsə əksinə

Lerik səfəri, yola yenicə çıxmışdıq ki yolun sağ istiqamətinin tam durduğunu gördük qəza olduğununun fərqinə varıb sürücüdən saxlamasını xahiş etdim. Enib baxdıqda isə çox dəhşətli mənzərə ilə qarşılaşdım. Hərkəs trammadan donub həyatın necə də incə bir telin üzərində olduğunu dərkedirmişcəsinə bir istiqamətə baxır və gözlərini belə qirpmırdılar o anda insanın sərhədləri və necə carəsiz qaldığını gördüm. Ətrafl biraz gəzdim ən çox təsir edənsə yaşlı qadının yerdə oturması və gözləri ilə qəzaya düşən maşına baxıb kimbilir nələr düşünür. Bəlkədə 5-10 dəqiqə əvvəl güldüyü söhbət etdiyi insanların necə ağır vəziyyət içərisində bir kadr kimi donduğunu görürdü çox təsirli idi. Biraz dövr edəndə bir qadının üzü bağlı şəkildə yerə uzadılmış cansız bədənin gördüm kim bilir bəlkədə hansısa xəyalları düşüncələri ümüdləri sönmüş bir ulduz tək qalmışdı yəyqin ki avtobusda heçkimi yox idi. Bunları izləyərək həyatın səhfi bağışlamadığını görürəm siz siz olun dostunuza düşməninizə belə pislik etməyin!

oxu.az Aprelin 27-də start götürən 2018 “Formula-1” dünya çempionatı

Aprelin 27-də start götürən 2018 “Formula-1” dünya çempionatının 4-cü mərhələsi – Azərbaycan Qran-Prisi yarışının ikinci günüdür.

Elxan Qəniyevin çəkdiyi görüntüləri təqdim edirik.

Oxu.Az xəbər verir ki, yarışlardan 10 komandadan 20 pilot iştirak edir.

“Mercedes” komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, “Ferrari”də Sebastian Fettel, Kimi Raykonnen, “Williams”ın heyətində Sergey Sirotkin və Lens Stroll yarışırlar. “Red Bull Racing” komandasında Daniel Rikkiardo, Maks Ferstappen, “Force India”da Esteban Okon və Serxio Peres, “Renault”da isə Niko Hülkenberq ilə Karlos Sayns mübarizə aparırlar.

Bundan başqa, “Toro Rosso”nun heyətində Brendon Hartli və Pyer Qasli, “Sauber”də Markus Eriksson, Şarl Lekler, “McLaren”də Fernando Alonso və Stoffel Vandorn yürüşdə iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə “Haas” komandalarının idman şərəfini qoruyurlar.

Keçən ildə olduğu kimi bu il də yarışlar böyük izdihamla keçir. 

Yüksək səviyyədə keçirilən yarışın izləyici auditoriyası kifayət qədər genişdir.

Əvvəlki ildən fərqli olaraq, bu il dünya ulduzlarının konsert proqramları “Bakı Kristal Zalı”nda keçirilir. Tamaşaçıların konsert zonasına rahat gediş-gəlişini təmin etmək üçün “Azneft dairəsi” ilə “Kristal Zal” arasında xüsusi avtobuslar da fəaliyyət göstərir.

Qeyd edək ki, sabah-aprelin 29-da “Formula-1”  Azərbaycan Qran-Prisinin final günüdür.

Foto: Elxan Qəniyev

Göygöl “Qadanalım Xala”

Bugün sizlərə Xəqani dayı və Zəminə xalanı tanıdacaqam . Demək olar ki 20-30 ilə yaxındır kətə (qutab) bişirib satırlar Zəminə xalanı el arasında “Qadanalım Xala” kimi tanıyırlar insanı o qədər əzizləyirki insan yediyi kətələrin necə sevgi ilə bişirildiyini anlayır 60 yaşı olan Xəqani dayı söyləyirki Göygöldə ilk kətəni özləri bişirib satıb onun sözlərinə görə onlardan sonra kətə satışı ölkədə dəb halına düşüb 55 yaşlı Zəminə xalasa bizə dadlımı dadlı kətələrə qonaq etdi. Məncə Göygölə gedənlər mütləq o dadlı kətələri “Qadanalım” xalanın əlindən dadsın .

Azertag.az müsabiqənin əlaqələndiricisi Elxan Qəniyev olub

Azərbaycan Fotoqraflar Birliyinin (AFB) yanvar ayı üçün elan etdiyi “Unutmadıq, unutmarıq” müsabiqəsinin yekununa həsr olunmuş “Açıq qapı” günü keçirilib.

AFB-dən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə ay ərzində 25 iştirakçı fotoları ilə müraciət edib. Müsabiqə şərtlərinə uyğun olan 21 iştirakçının 88 fotosu qəbul edilib. Münsiflər heyətinin qərarına əsasən ayın ən yaxşı fotolarının müəllifləri Coşqun Kərimli, Elxan Qəniyev və Müşfiq Mirzəzadə olublar. Həvəsləndirici mükafata Süleyman Süleymanlı layiq görülüb.

Qeyd edək ki, müsabiqənin əlaqələndiricisi Elxan Qəniyev olub.

“Açıq qapı” gününün sonunda “İlin fotoqrafı – 2015” tədbirinin təşkilati işlərində göstərdikləri köməyə görə təşəkkürnamələr təqdim edilib.

Tədbirdə fevral ayı üçün “Obyektivimizdən dostlarımız: heyvanlar aləmi” adlanan yeni mövzu elan olunub.